Bakı. Trend:
2023-cü ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına 496,6 milyon ABŞ dolları birbaşa xarici investisiya daxil olub.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata əsasən, bu, ötən ilin birinci rübü ilə müqayisədə 13,7% az, lakin 2022-ci ilin oktyabr-dekabr ayları ilə müqayisədə 53,3% çoxdur.
Niderland 2023-cü ilin əvvəlində 239,6 milyon ABŞ dolları ilə birbaşa investisiyalar üzrə birinci yeri tutub ki, bu da ümumi birbaşa xarici investisiyanın 48,2%-ni təşkil edir. Yaponiya 63,2 milyon dollarla ikinci, ABŞ isə 54,7 milyon dollarla üçüncü olub.