Məqsəd Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının 3-cü iclasını Prezidentlərin iştirakı ilə keçirməkdir - AZPROMO-nun icraçı direktoru

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2024 12:34 (UTC +04:00)
Məqsəd Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının 3-cü iclasını Prezidentlərin iştirakı ilə keçirməkdir - AZPROMO-nun icraçı direktoru
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Qazaxıstan çalışacaq ki, Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının 3-cü iclası hər iki dövlətin Prezidentinin iştirakı ilə keçirilsin.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının 2-ci iclasında deyib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığı artırmaq üçün böyük potensial mövcuddur və hər iki ölkənin kiçik, orta və böyük şirkətlərini qarşılıqlı fəaliyyətə dəvət etmək lazımdır.

"Düşünürəm ki, hər iki dövlətdə İşgüzar Şuranın təsirini hüquqi qeydiyyat yolu ilə gücləndirmək olar. Azərbaycanda bu cür praktika mövcuddur", - deyə Y.Abdullayev vurğulayıb.

O, 13-14 iyun tarixlərində Qazaxıstanda biznes forumunda iştirakla bağlı dəvəti qəbul etdiyini bildirib.

Xatırladaq ki, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının 1-ci iclası 2022-ci ilin avqust ayında Astanada keçirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti