...

AZAL VƏ V.ÇKALOV ADINA DAŞKƏND AVİASİYA İSTEHSALAT BİRLİYİ İL-76TD-90VD TİPLİ 2 TƏYYARƏNİN TƏDARÜKÜNƏ DAİR MÜQAVİLƏNİ İMZALAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2005 17:00 (UTC +04:00)

Avqustun 16-da "AZAL" dövlət konserni və "V.Çkalov adına Daşkənd Aviasiya İstehsalat Birliyi" Dövlət Səhmdar Cəmiyyəti MAKS-2005 beynəlxalq aviakosmik salonu çərçivəsində İl-76TD-90VD tipli 2 təyyarənin tədarükünə dair müqaviləni imzalayıb. Bu barədə Azərbaycan şirkətinin baş direktoru Cahangir Əsgərov bildirib.

Onun sözlərinə görə, təyyarələrin tədarükü 2006-cı ilin sonuna qədər həyata keçiriləcək.

"Son 6 il ərzində ÇaDAİB Azərbaycan konserninə İL-76 tipli 6 təyyarə tədarük edib", - deyə C.Əsgərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti