...

Societe Generale Azərbaycanda yeni regional nümayəndənin təyin edildiyini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2005 13:08 (UTC +04:00)
Societe Generale Azərbaycanda yeni regional nümayəndənin təyin edildiyini elan edib

Societe Generale Teybə Quliyevanın Azərbaycanda yeni regional nümayəndə təyin edildiyini elan edir. Trend in xəbər verdiyi kimi, bankın press-relizində bildirilir ki, Gürcüstan və Türkmənistanda regional nümayəndəlikləri fəaliyyət göstərən Societe Generale bankının Azərbaycanda nümayəndəliyi 1998-ci ildə açılıb. Bank Azərbaycanda əsas strateji layihələrdə uğurla iştirak edib və ölkəyə sərmayə qoyuluşunu davam etdirmək niyyətindədir.

Bu layihələrin sırasında aşağıdakıları göstərmək olar: Societe Generale-nin Səlahiyyətli Kredit Təşkilatçısı kimi fəaliyyət göstərdiyi Azəri-Çıraq-Günəşli yataqlarının Tammiqyaslı İşlənməsi və Bakı-Tbilisi-Ceyhan Boru Kəməri layihələri, Societe Generale-nin kredit təşkilatçılarından biri olduğu 570 meqavatlıq Sumqayıt Elektrik Stansiyası layihəsi.

Sənəddə bildirilir ki, T.Quliyeva 2002-ci ildən bəri bankın nümayəndəsinin müavini vəzifəsində çalışırdı. O, bank işi sahəsində 13 illik geniş təcrübəyə malikdir. Societe Generale bankına qoşulmamışdan qabaq o, Azərbaycan Beynəlxalq Bankının Ticarət əməliyyatlarının maliyyələşdirilməsi şöbəsində, HSBC bankının Bakı ofisində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Hazırkı regional nümayəndə cənab Lyubomir Aksentiyeviçin vəzifə səlahiyyətləri 2005-ci ilin noyabr ayında başa çatıb.

Xəbər lenti

Xəbər lenti