...

Ziya Məmmədov: "2006-cı ilin yanvarında Bakı-Samur avtomobil magistralının (Rusiya sərhədi) tikintisi başlana bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2005 16:47 (UTC +04:00)

2006-cı ilin yanvarında Azərbaycanın Nəqliyyat nazirliyi Bakı-Samur avtomobil magistralının (Rusiya sərhədi) tikintisinə başlamaq niyyətindədir. Bu barədə Trend ə nəqliyyat naziri Ziya Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ölkə prezidenti Azərbaycan hökuməti və AYİB arasında Sumqayıtdan Zarat qəsəbəsinədək Bakı-Samur magistralının bir hissəsinin modernləşdirilməsi və yenidən qurulmasının maliyyələşdirilməsi layihəsinə $100 mln həcmində vəsaitin ayrılması haqqında imzalanmış kredit sazişini təsdiqləyib.

Bank 3 illik güzəşt dövrü və LİBOR+1%-lə 15 il müddətinə kredit ayıracaq.

Bakı-Samur magistralının ümumi uzunluğu təxminən 197 km-dır. Bank tərəfindən onun 28 km-dən 89 km-a qədər hissəsi maliyyələşdiriləcək. Yerdə qalan hissənin maliyyələşdirilməsi üçün vəsait isə Çexiyanın Eximbank-ı tərəfindən ayrılacaq. O, layihənin reallaşdırılmasına 4 illik güzəşt dövrü və LİBOR+0,6%-lə 14 il müddətinə $180 həcmində vəsait ayırıb. Layihənin ümumi dəyəri $280 milyondur.

AYİB-in yardımını Nəqliyyat nazirliyinin Yol-Nəqliyyat Xidmətləri Departamenti alacaq. Bu departament ölkədə avtomobil yollarının 18,723 min km-ni idarə edir. Layihə çərçivəsində departamentin 4-6 regional şöbəsi yaradılacaq, yerli potensialı yol işlərinə cəlb etməyə imkan verəcək xidmətlər haqqında müqavilələr bağlanacaq. Belə müqavilələr Yol Məsləhətləşmələri Şurası tərəfindən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti