...

AZAL üçüncü AH-140-100 təyyarəsini Bakıda qəbul etməyi planlaşdırmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2005 13:50 (UTC +04:00)

AZAL DK Xarkov dövlət aviasiya müəssisəsinin (Ukrayna) istehsalı olan və dekabrın 28-29-da Bakıya gətirilməsi nəzərdə tutulan üçüncü AH-140-100 təyyarəsini qəbul etməyi planlaşdırmır. Bu barədə Trend ə AZAL DK-da bildirilib.

"Dekabrın 23-də AH-140-100 təyyarəsində baş vermiş qəzayadək zavodun nümayəndələri təyyarənin Bakıda təhvil-təslimi münasibətilə təntənəli mərasim keçiriləcəyi ilə bağlı məlumat vermişdi. Həmçinin onlar 250 mininci sərnişinin Bakıya gəlməsini qeyd etmək və onun mükafatlandırmaq istəyirdi. Amma baş vermiş hadisə ilə bağlı olaraq bu tədbir təxirə salındı" -deyə DK nümayəndəsi bildirib.

O, həm də deyib ki, qəzanın araşdırılması və səbəblərinin müəyyən edilməsi başa çatdıqdan sonra DK rəhbərliyi bu təyyarələrlə bağlı məsələyə baxacaq aə müvafiq qərar qəbul edəcək. "Hazırda AH-140-100 tipli ikinci təyyarənin istifadəsi də dayandırılıb" -deyə AZAL DK-nın nümayəndəsi bildirib.

Dekabrın 23-də saat 22:27 radələrində Bakı yaxınlığında AH-140-100 təyyarəsinin qəzaya uğraması nəticəsində 18 sərnişin və 5 ekipaj üzvü həlak olub. AZAL DK-yə məxsus təyyarə saat 22:19-da Heydər Əliyev adına beynəlxalq hava limanından Bakı-Aktau marşrutu üzrə havaya qalxıb. Təyyarənin dəyəri $9,1 mln. təşkil edir. Təyyarə AZAL DK və Xarkov dövlət aviasiya müəssisəsi arasında 2004-cü ilin iyulun 8-də imzalanmış müqavilə əsasında alınmışdı.

Xəbər lenti

Xəbər lenti