...

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə bağlı növbəti danışıqlar martda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2006 15:32 (UTC +04:00)

Bu gün Bakı biznes mərkəzində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasına hazırlıq üzrə Dövlət Komissiyasının 5-ci iclası keçirilib. İclas iqtisadi inkişaf naziri Heydər Babayevin sədrliyi altında keçirilib. İclasın yekunlarına görə, sənədləri ÜTT-nın katibliyinə göndərmək barədə razılıq əldə olunub və ölkə danışıqların aparılması müddətinin təyin edilməsini gözləyəcək. H.Babaüyevin fikrincə, həmin danışıqlar çox güman ki, martda aparılacaq.

Danışıqlar qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin Trend ə verdiyi məlumata görə, yaxın 2-3 gün ərzində sənədlər görüşün vaxtını təyin etmək üçün Cenevrəyə göndərilək. O hesab edir ki, çox güman ki, danışıqlar martın sonlarında baş tutacaq və çünki işçi qrupun üzlərinin təqdim olunan sənədlərlə tanış olması üçün 4-5 həftə vaxt tələb olunur. Bu sənədlər tariflər, xidmətlər və qanunvericilikdə dəyişikliklər planı, kənd təsərrüfatına yardımların ayrılması, ÜTT-nın üzvü olan ölkələrin suallarına cavabdan ibarətdir.

"Azərbaycanın ÜTT-na daxil olması dünya iqtisadiyyatına inteqrasiyüası ilə əlaqədar vacibdir. Bununla yanaşı, danışıqlar prosesi çox faydalıdır. Bu, təşkilatın üzvləri ilə ayrı-ayrı görüşlərin keçirilməsi qanunvericilikdəki nöqsanları aradan qaldırmağa imkan verir. Eyni zamanda, danışıqların gedişində hər bir ölkə öz maraqlarını maksimum şəkildə müdafiə etməyə çalışır", - deyə H.Babayev qeyd edib. Nazir güman edir ki, ölkə ÜTT-na yaxın bir neçə il ərzində daxil ola bilər. O, irəli sürüləcək şərtlərdən asılı olduğuna görə konkret tarix söyləməkdən imtina edib. Ölkə 9 il ərzində hazırlıq işləri aparır və yalnız indi o, ölkələrlə ikitərəfli danışıqlar aparmaq kimi həlledici mərhələyə daxil olub. Bu zaman nazir iki əsas istiqaməti ayırıb - qanunvericiliyin təkmilləşdirilməsi üzrə tədbirlərin gücləndirilməsi və ikitərəfli danışıqların intensivləşdirilməsi.

"Təəsüf ki, Azərbaycan tərəflərlə ikitərəfli danışıqlara yalnız ötən il başlayıb. Baxmayaraq ki, o vaxta qədər aparılan görüşlərdə Azərbaycanın nümayəndə heyətinə danışıqların aparılması üzrə mütəxəssisi cəlb etmək mümkün idi. Bizi ötən müddət ərzində danışıqlar prosesinin inkişaf dinammikası təmin etmir", - deyə nazir bildirib. Hələlik ABŞ. Kanada, Türkiyə və Avstraliya ilə danışıqlar aparılır. Onların əsas tələbləri tariflərlə, qanunvericilikdəki dəyişikliklərlə və ÜTT-nın tələblərinə uyğun dəyişiklər aparmaqdan ibarətdir. Dəyişikliklərin həmçinin, Mülki Məcəllədə, "Büdcə sistemi barədə" və s.aparılması təklif olunur.

H.Babayev hesab edir ki, ölkə öz maraqlarını maksimum qorumalıdır. Bununla əlaqədar o güman edir ki, idxal əvəzedici malların istehsalı ölkə bazarının müdafiəsi üçün çox zəruridir. Qeyri-neft sektorunun müdafiəsi üçün digər ölkələrin təcrübəsi ilk növbədə, daxili istehsalın inkişaf etdirilməsinin zəruri olduğunu göstərir. Bu, ölkə istehsalçılarının müdafiəsi üzrə tarif siyasəti çərçivəsində tədbirlər görməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti