...

AZAL Kabula yük daşımalarının həyata keçirilməsini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2006 13:08 (UTC +04:00)

Fevralın 1-dən başlayaraq AZAL aviaşirkəti texniki səbəblərlə əlaqədar Bakı-Kabul-Bakı marşrutu ilə sərnişin uçuşlarını dayandırıb. Bu marşrutda işlərin dayandırılması haqqında qərarın artıq təxminən bir aydır ki, qəbul olunmasına baxmayaraq, onun icrasına fevralın əvvəlində başlanıb. Trend in xəbər verdiyi kimi, bu barədə AZAL Dövlət Konsernindən məlumat verilib.

Hazırda bu marşrutla yük daşımaları davam etdirilir. Xatırladaq ki, Bakı-Kabul-Bakı aviareysi 2003-cü ildə açılıb.

Aviaşirkətdən verilən məlumata görə, reysin bağlanmasınadək Kabula yola düşmüş sərnişinlərə bu barədə xəbərdarlıq edilib. Onlar Bakıya digər aviaşirkətlərin xidmətlərindən istifadə edərək qayıda bilər.

Xəbər lenti

Xəbər lenti