...

Aydın Əliyev: Azərbaycana quş əti diqqətlə yoxlanıldıqdan sonra idxal edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2006 16:06 (UTC +04:00)

Son ay yarım ərzində Azərbaycana 940 ton quş əti idxal olunub. Trend in məlumatına görə, bu barədə fevralın 17-də Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Azərbaycana ət Braziliyadan, ABŞ-dan və Fransadan respublikanın müvafiq instansiyalarında xüsusi yoxlamadan keçdikdən sonra idxal olunur. "Azərbaycanın gömrük məntəqələrində baytarlıq nəzarəti gücləndirilib", - deyə A. Əliyev bildirib.

Bununla yanaşı, Gömrük Komitəsinin sədri Rusiyüadan Azərbaycana quş ətinin idxalı üzrə qadağa ilə bağlı mövqeyini ifadə edib. "Bu hər bir ölkənin hüququdur. Lakin qeyd edim ki, Azərbaycan son illərdə Rusiyaya quş əti ixrac etmir. Respublikanın broyler müəssisələrinin bütün məhsulları daxili bazar üçün nəzərdə tutulub", - deyə o sonda bildirib.

Xəbər lenti

Xəbər lenti