Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Oğuz və Daşkəsəndə əmək yarmakası keçirib. Nazirliyin Baş Məşğulluq İdarəsindən Trend ə verilən məlumata əsasən, yarmarkanın yekunları üzrə Oğuzda 44 nəfər işlə təmin edilib. Yarmarkada 28 müəssisə iştirak edib ki, onlar da 227 boş yer təklif edib.
Daşkəsəndə keçirilmiş tədbir nəticəsində 95 nəfər işlə təmin olunub. Yarmarkada 546 boş yer təklif edən 24 müəssisə iştirak edib. İdarədən bildiriblər ki, növbəti yarmarkalar iyunun 23-də Quba, Salyan və Yardımlıda, iyunun 30-da isə Göyçayda keçiriləcək.
2005-ci ildə nazirlik 25 229 nəfəri (o cümlədən, yarmarkanın yekunları üzrə 7212 nəfəri) işlə təmin edib.
1997-ci ildən başlayaraq yarmarkalar vasitəsilə işlə təmin olunmuş adamların sayı 48 722 nəfər təşkil edir.