...

Azəriqazbank və Asiya İnkişaf Bankı 17,5% səhmin alınması barədə müqavilə üzrə razılaşmaları başa çatdırırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2006 19:16 (UTC +04:00)

Azəriqazbank və Asiya İnkişaf Bankı (AİB) Azərbaycan bankının səhmlərinin alınması barədə müqavilə üzrə razılaşmaları başa çatdırırlar. Azəriqazbankın idarə heyətinin sədri Azər Mövsümovun Trend ə verdiyi xəbərə görə, iyulda Azəriqazbank, AİB və Beynəlxalq maliyyə korporasiyası arasında üçtərəfli müqavilənin imzalanması nəzərdə tutulur. AİB və BMK 17,5% səhm alırlar.

Bank və BMK arasında ikitərəfli müqavilə artıq imzalanıb və müqavilənin məbləği 2,3 milyon ABŞ dolları təşkil edib. Asiya bankı ilə paketin dəyəri məzənnədən asılı olaraq, imzalanan anda dəqiqləşdiriləcək, manatla isə 1,995 milyon AZN təşkil edir.

35% səhmlərin xarici səhmdarlara verilməsi əlavə emissiya hesabına baş verəcək. Emissiya ödənildikdən sonra bankın nizamnamə kapitalı 12 milyon AZN-ə çatacaq. Hazırda nizamnamə kapitalı 7,2 milyon AZN səviyyəsindədir, ümumi kapital isə 10 milyon AZN təşkil edir.

A.Mövsümovun sözlərinə görə, AİB ilə saziş imzalandıqdan sonra kiçik və orta biznesin və lizinqin inkişafı üçün kredit xəttinin açılma ehtimalı gözdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti