...

Rusiya texnikasını daşıyan növbəti eşelon bu gün Azərbaycandan keçəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2006 15:29 (UTC +04:00)

Bu gün axşam Rusiyanın Gürcüstandakı hərbi bazasından texnika daşıyan növbəti eşelon Azərbaycan ərazisindən Rusiyaya keçəcək. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsindən xəbər verilib.

Bu günə kimi Azərbaycandan Rusiyaya hərbi texnika ilə doldurulmuş 6 eşelon keçib.

ADDY-nin nümayəndələrinin sözlərinə görə, Rusiya Azərbaycan ərazisindən 400 vaqonun keçməsi ilə bağlı Bakıya müraciət edib. Qatarların keçidi MDB və Azərbaycanda qəbul olunmuş təhlükəsizlik qaydalarına müvafiq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti