...

İCARDA mütəxəssislərinin Azərbaycana səfəri başa çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2006 17:44 (UTC +04:00)

İCARDA (International Center for Agricultural Research in the Dry Areas) Quru rayonlarında kənd təsərrüfatı tədqiqatları üzrə beynəlxalq mərkəzin mütəxəssislərinin Bakıya səfəri başa çatır. Kənd Təsərrüfatı Nazirliyi yanında elmi-aqrar mərkəzin beynəlxalq münasibətlər şöbəsindən Trend ə verilən xəbərə görə, üç ekspertin səfərini kifayət qədər səmərəli hesab etmək olar.

Dənli və paxlalı bitkilər üzrə mütəxəssislərin səfərinin məqsədi İCARDA tərəfindən təqdim olunan bu toxum növlərinin bitkilərinin sonrakı inkişafı ilə tanışlıqdan ibarətdir. Bu toxumlar Abşeron, Cəlilabad və Qobustandakı elmi -aqrar mərkəzinin sınaq stansiyalarında əkilib. Mütəxəssislər bu stansiyalarda olub, paxlalı və dənli bitkiləri qiymətləndiriblər.

Səfər zamanı İCARDA-nın dənli bitkilər üzrə mütəxəssisi alim- seleksiyaçı Cəlal Əliyevlə görüşüb. Müzakirələrin yekununda sərt toxumun seleksiyası üzrə birgə proqramın hazırlanması barədə qərar qəbul olunub.

"Hazırda İCARDA nümayəndəsi Əkinçilik üzrə ETİ-dədir", - deyə nazirlikdə qeyd ediblər.

Azərbaycan İCARDA ilə fəal şəkildə əməkdaşlıq edir. Ötən illər bu təşkilatın maliyyə yardımı ilə eroziya və suvarma üzrə elmi-texniki institut "Tərtər rayonundakı sınaq sahəsində soya bitkilərinin intensiv yetişdirilməsi üçün fermer təsərrüfatlarının iştirakı ilə suvarma texnologiyalarının yaxşılaşdırılmasının yoxlanışı", "Fermerlərin cəlb olunması ilə Şamaxı rayonundakı dağ yamaclarında meyvə bağlarının yetişdirilmə texnologiyasının tədqiqi" kimi bəzi layihələri həyata keçirib. Bundan başqa, təşkilatın vəsaitləri hesabına mütəxəssislər mütəmadi olaraq İCARDA tərəfindən təşkil olunmuş müxtəlif növlü treninqlərdən keçirlər.

Xəbər lenti

Xəbər lenti