...

Hesablama Palatası dövlət büdcəsindən ayrılan vəsaitin icrası ilə bağlı ekspertiza aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2006 12:24 (UTC +04:00)

Hesablama Palatası dövlət büdcəsindən ayrılan vəsaitin icrası ilə bağlı ekpertizasını davam etdirir. Trend xəbər verir ki, bu proses Milli Məclisin regional məsələlər daimi komissiyası tərəfindən sifariş edilib.

Artıq Hesablama Palatası Xətai rayon bələdiyyəsində və digər 6 bələdiyyədə maliyyə-büdcə ekspertizası aparır. Yoxlamalar Milli Məclisin regional məsələlər daimi komissiyasının sifarişi ilə "Büdcə sistemi haqqında" qanuna uyğun aparılır.

Ekspertiza əsasən dövlət büdcəsindən ayrılan vəsaitlərin necə xərclənməsini əhatə edəcəkdir. Ekspertizanın nəticələri müvafiq dövlət orqanlarına təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti