...

2006-cı ilin 6 ayı üçün ilk metodologiya üzrə baza inflyasiyası 2,5% yüksək olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2006 18:28 (UTC +04:00)

Azərbaycan Milli Bankının məlumatına görə, ötən ilin analoji dövrünə nisbətən 2006-cı ilin birinci yarısında baza inflyasiyası 6,5 % təşkil edib.

AMB-dən Trend ə verilən xəbərə görə, iyun ayında istehlak qiymətləri indeksinin artımı 2005-ci ilin may ayında 0,6%, dekabr ayında - 4,3% təşkil edib. Bu hesablamalar ilk metodologiya üzrə yerinə yetirilib. Bu metodologiyada inzibati cəhətdən tənzimlənən qiymətlərin (enerji daşıyıcılarının qiymətləri) və mövsum xarakterli (meyvə və tərəvəzlərin) qiymətlərin dəyişilməsi nəzərə alınır.

Kəskin tendensiyaları azaldaraq, qiymətlərin bütün dəyişmələri aradan qalıdırılan hesablamanın ikinci metodologiyasına görə, baza inflyasiyası 4% təşkil edib. Bu göstəricinin hesablanması zamanı Milli Bank inzibati və mövsüm qiymətləri müəyyən olunan (meyvə-tərəvəz məhsulu) mal və xidmətlərin sayını təxminən 16% azaldır. Bu zaman may ayına nisbətən iyunda 0,2% artım, ötən ilin sonunda isə 2,8% artım qeyd olunub.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ilin birinci yarısında inflyasiyanın artım templəri 6% təşkil edib.

Xəbər lenti

Xəbər lenti