...

Azərbaycan Banklar Assosiasiyası prezidiumunun birinci iclasının ilkin tarixi müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2006 16:00 (UTC +04:00)

İyunun 27-də ABA-nın hesabat-seçki konfransında yaradılmış Azərbaycan Banklar Assosiasiyası prezidiumunun birinci iclası 2006-cı il avqustun 17-18-dən tez olmayacaq. Bu barədə Trend ə ABA-nın prezidenti (Qafqaz İnkişaf Bankının başçısı) Eldar İsmayılov xəbər verib. İclasın keçirilməsinin gecikməsinin səbəbi prezidiumun 6 üzvünün bu gün məzuniyyətdə olmasıdır.

Bununla yanaşı, onun fikrincə, assosiasiyanın yeni nizamnamə layihəsinin hazırlanması üçün kifayət qədər vaxt lazımdır, çünki ondan əvvəlki 10 il bundan əvvəl təsdiq edilib. Bu prosesdə ABA -ya ABŞ Banklar Assosiasiyasının hüquqşünası yardım edir. "Biz digər ölkələrin təcrübəsi ilə tanış olmaq və Belorusiya, Qazaxıstan, Rusiya və s. ölkələrin 7-8 variantda nizamnaməsini əldə etmək istəyirik", - deyə E.İsmayılov bildirib.

Prezidiumun gələcək iclasında həmçinin vitse-prezidentlər seçiləcək. Əvvəllər bu vəzifələri Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Əsgərov və Azeriqazbankın Müşahidə şurasının başçısı, MM deputatı Çingiz Əsədullayev tuturdu.

Vitse-prezidentlər 11 nəfərdən ibarət prezidiumun tərkibindən seçiləcək. Konfransda Əmrah Bank və Standard Bankın Müşahidə şurasının sədrləri Yunus İldrımzadə və Oruc Heydərov da prezidiumun tərkibinə daxil olub və bununla da vakant yerləri tutublar.

Xəbər lenti

Xəbər lenti