6 ay ərzində 30 yol polisi əməkdaşı daxili işlər orqanından xaric edilib. Bu barədə Trend ə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ictimai qurumla əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
V.Əsədovun sözlərinə görə, həmin polis əməkdaşlarının daxili işlər orqanından xaric edilməsinə səbəb onlar barədə vətəndaşlardan Respublika Dövlət Yol Polis İdarəsinə və Daxili işlər Nazirliyinə daxil olmuş şikayətlər olub. Belə ki, vətəndaşlar yol polislərinin onlarla qeyri-nümunəvi davranmasından, səlahiyyətlərini aşmasından şikayət ediblər.