...

"Azərsun Holdinq" əkilmiş şəkər çuğundurundan yüksək nəticə gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2006 13:20 (UTC +04:00)

Azərbaycan Şəkər İstehsalat Birliyi (AŞİB) MMC İmişli şəkər zavodunun fəaliyyətə başlaması ilə bölgədə kənd təsərrüfatı sahəsində canlanma müşahidə olunur. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərsun Holdinq"in məlumatında deyilir. Yaxın vaxtlarda şəkər zavodu "şəkər çuğunduru kampaniyası"nı elan edəcək.

Mərkəzi Aran zonasında şəkər çuğundurunun intensiv becərilməsi mütəxəssislər tərəfindən AŞİB-in xaricdən gətirdiyi yüksək texnologiyaya malik aqrar-sənaye avadanlıqları ilə həyata keçirilir.

AŞİB direktoru Mücahid Hunun məlumatına görə, rayonlarda 6 min hektara yaxın ərazidə müasir kənd təsərrüfatı texnikası vasitəsilə çuğundur əkini, yığımı və s. hazırlıq işləri tamamlanmaq üzrədir. Zavodun laboratoriyasında aparılan test və analizlər isə olduqca ümidvericidir.

Bu il 5 min 500 hektarlıq sahədə şəkər çuğunduru becərilib. Cari ildə alınmış yeni kənd təsərrüfatı maşın və alətləri, müxtəlif gübrə və toxum çeşidləri şəkər çuğundurunun yetişdirilməsi üçün əlverişli şərait yaradıb.

Xəbər lenti

Xəbər lenti