...

Azərbaycan mikromaliyyələşdirmə bankının səhmdarlarının hüquqi tərkibində dəyişikliklərin ediləcəyi gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2006 16:40 (UTC +04:00)

Azərbaycan mikromaliyyələşdirmə bankının (AMMB) səhmdarlarının hüquqi tərkibində dəyişikliklər ediləcək. Bankın idarə heyətinin sədri Endryu Pospilovskinin Trend ə verdiyi xəbərə görə, yeni qurumun daxil olması gözlənilmir, lakin bu, təsisçilərin indiki tərkibinin strukturunda baş verəcək. Bu məsələ sentyabrın sonunda keçiriləcək səhmdarların növbəti toplantısında müzakirə mövzusu olacaq. E.Pospilovski qeyd edib ki, AMMB-nin bütün təsisçiləri - KFW Almaniya Yenidənqurma Bankı, Qarad dəniz ticarət və inkişaf bankı (QTİB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və LfC konsaltinq şirkəti Bakıya toplaşacaq.

2006-cı ilin sonunadək həyata keçirilməsi planlaşdırılan AMMB-nin nizamnamə kapitalının artırılması məsələsi əsas müzakirə mövzusu olacaq. bankın başçısı qeyd edib ki, səhmdarların iştirak payında cüzi düzəlişin edilməsi də gözlənilir.

Hazırda bankın nizamnamə kapitalı 6,850 mln. ABŞ dolları təşkil edir. AMMB-nin bütün səhmdarlarının iştirak payı aşağıdakı kimi paylaşdırılıb: KFW-yə 24,96% ($1,710 mln.), LfC şirkətinə - 5,7% ($390 min), Qara dəniz Ticarət və İnkişaf bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hər birinə - 25,55% ($1,750 mln.), AYİB-ə isə - 19,24% ($1,250 mln.) məxsusdur. Bankın nizamnamə kapitalının ən azı 10 mln. ABŞ dollarına qədər artırılması planlaşdırılır, lakin bu həcmin artırılması da mümkündür, çünki AMB-nin normativ tələbinə görə 1 iyul 2007-ci ilə qədər hər bir bankın ümumi kapitalı ən azı 10 mln. manat olmalıdır.

Səhmdarların toplantısında cari məsələlər - kredit portfelinin genişləndirilməsi üzrə proqnozların yerinə yetirilməsi də gözdən keçiriləcək. E.Pospilovskinin sözlərinə görə, ilin əvvəlində portfelin 100% artırılması üzrə məqsəd qoyulmuşdu. O hesab edir ki, həmin proqnoz artıqlaması ilə yerinə yetiriləcək, çünki artıq 1 avqust 2006-cı il tarixinə olan vəziyyətə görə kredit portfeli 28 mln. ABŞ dolları səviyyəsində formalaşıb.

AMMB - qapalı tipli səhmdar bankı- 29 oktyabr 2002-ci ildə fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti