...

UNIBANK 2006-cı ilin 8 ayı üzrə maliyyə göstəricilərinə yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2006 12:30 (UTC +04:00)

"UniBank" KB 2006-cı ilin birinci səkkiz ayı üzrə maliyyə göstəricilərinə yekun vurub. "UniBank"-ın aparıcı göstəriciləri üzrə 2005-ci ilin eyni zaman dövrünün nəticələri ilə müqayisədə əhəmiyyətli artım - orta hesabla 1,7-2 dəfə artım müşahidə olunur. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Bankın aktivləri 2005-ci ilin avqust ayı ilə müqayisədə 78,9 % artaraq, 109,45 mln. AZN təşkil edib ki, bu da öz növbəsində, 2006-cı il yanvar ayının 1-i üçün olan müvafiq göstəricidən 69,1% çoxdur.

Bankın kredit portfeli il ərzində 85,3% artaraq, 71,6 mln. AZN təşkil edib, bu isə 2006-cı ilin yanvar ayının əvvəlinə olan göstəricidən 60,6% artıqdır.

2006-cı il sentyabr ayının 1-nə olan vəziyyətə görə, bank tərəfindən cəlb edilmiş depozitlərin həcmi 71,4 mln. AZN-ə bərabər olub. Bu göstəricinin illik artımı 82,5%, 2006-cı il ərzində artım isə 71% olub.

Səkkiz ayın nəticələrinə görə bankin gəliri 10648 min AZN təşkil edib. Bu, ötən ilin həmin dövrünə nisbətən 65,5% çoxdur. Bankın balans gəliri 2005-ci ilin analoji dövrü ilə müqayisədə 105,8% artaraq, 3180 min AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti