2006-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 1216 mln. manat məbləğində tikinti işləri görülüb və bu, 2005-ci ilin göstəricisi ilə müqayisədə 22,8% çoxdur.
Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, tikinti sektorunda göstərilən xidmətlərin ümumi həcmindən 213,4 mln. manat məbləğində işlər dövlət müəssisələri tərəfindən, 1002,6 mln. manat məbləğində işlər isə özəl müəssisələr tərəfindən həyata keçirilib.
Tikinti işlərinin ümumi həcmindən 80% və ya 972,2 mln. manat yeni tikilililərin, bərpa və genişləndirmənin payına, 11,1% və ya 135,1 mln. manat - əsaslı təmir, 4,4% və ya 53,5 mln. manat cari təmir, 4,5% və ya 55,2 mln. manat isə digər tikinti işlərinin payına düşür.
2006-cı ilin yeddi ayı ərzində tikinti sahəsində işləyən şəxslərin nominal orta əmək haqqı 302,2 manat təşkil edib və bu, 2005-ci ilin həmin dövründən 19,4% çoxdur.