...

Naxçıvan MR-də ÜDM artımı 21% təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2006 17:36 (UTC +04:00)

2006-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası (NMR) ÜDM-in artım həcmi, 2005-ci ilin həmin dövrü ilə müqayisədə, 21% təşkil edib və 207425 min manata çatıb. NMR-in Bakıdakı daimi nümayəndəliyindən Trend ə verilən xəbərə görə, bu dövr ərzində ÜDM strukturunda 48,9% və ya 117977,1 min manat əmtəə istehsalının payına düşüb, göstərilən xidmətlərə görə 114487,6 min manat (47,5%) əlavə dəyər yaranıb, 3,6% və ya 8709,9 min manat məhsul və idxalın xalis vergisinin payına düşüb.

Bundan əlavə, sənaye sahəsində 15,5% (37429,9 min manat), kənd təsərrüfatında - 20,8% (50082,7 min manat), tikintidə - 12,6% (30464,5 min manat), nəqliyyatda - 57% (13755 min manat), rabitədə - 0,6% (1392,8 min manat), topdan və pərakəndə ticarətdə, həmçinin avtomobil, müxtəlif məişət texnikasının təmirində - 21,3% (51289 min manat), restoran və mehmanxanalarda xidmət sahəsində - 0,5% (1153,7 min manat) və digər xidmətlərdə - 19,4% (46897,1 min manat) əlavə dəyər yaranıb.

Xəbər lenti

Xəbər lenti