...

Oktyabr ayının 6-da "Bank of Baku" "100 manata Accent" adlı lotereya kampaniyasının - Hyundai Accent avtomobilinin 2-ci qalibini müəyyən edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2006 11:13 (UTC +04:00)

Oktyabr ayının 6-da "Bank of Baku" "100 manata Accent" adlı lotereya kampaniyasının - Hyundai Accent avtomobilinin 2-ci qalibini müəyyən edəcək. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Cari il iyul ayının 1-də "Bank of Baku" müştərilərə yeni "100 manata Accent" depozit kampaniyasını təqdim edib.

Kampaniyanın şərtlərinə əsasən, bankda "100 manata Accent" adlı depozit hesabı açmaqla 14%-ə qədər illik gəlir qazanmaq şansı ilə yanaşı, əmanətçi 3 ədəd Hyundai Accent-dən birini udmaq imkanına da malik olur.

Xatırladaq ki, 2006-cı il il sentyabr ayının 8-də saat 21:30-da SPACE TI-də canlı yayım vasitəsilə "Bank of Baku" "100 manata Accent" adlı depozit kampaniyasında oynanılan "Hyundai Accent" avtomobilinin 1-ci xoşbəxt qalibini müəyyən etdi. Belə ki, avtomobilin sahibi Qarabağ Müharibəsi Ieteranı, 109517 saylı kuponun sahibi Zeynalov H.F. oldu.

Nəzərinizə çatdıraq ki, 2-ci "Hyundai Accent" avtomobilinin uduş mərasimi oktyabr ayının 6-da saat 21:30-da canlı yayımla SPACE TI-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti