...

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi baytarlıq sahəsində yeni normativ-hüquqi aktlar hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2006 15:58 (UTC +04:00)

Azərbaycanın Kənd Təsərüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti baytarlıq sahəsində yeni normativ-hüquqi aktlar hazırlayır. Trend xəbər verir ki, bu barədə bu gün kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib.

Onun sözlərinə görə, həmin sənədlər Azərbaycan Respublikasının ötən ilin sentyabr ayında qüvvəyə minmiş "Baytarlıq haqqında" Qanununun tətbiq olunması üzrə tədbirlər planı əsasında hazırlanacaq.

"Hazırda dövlətin və beynəlxalq təşkilatların səyləri nəticəsində Azərbaycanda dabaq xəstəliyi tamamilə məhv edilib", - deyə nazir qeyd edib.

Hazırda heyvanlar arasında 11 təhlükəli xəstəliklə mübarizə üzrə tədbirlər dövlət vəsaitləri hesabına maliyyələşdirilir və ölkə ərazisində heç bir təhlükəli xəstəlik yoxdur.

Respublika ərazisində "quş qripi" virusu ilə mübarizə məsələsinə gəlincə, İ.Abbasov qeyd edib ki, bu istiqamətdə müvafiq tədbirlər görülür, monitorinqlər keçirilir, hər cür kimyəvi maddələrlə təmin olunur.

2006-cı ilin aprel ayından etibarən Beynəlxalq Epizootik Büronun qərarı ilə əvvəllər Azərbaycandan quşçuluq məhsullarının idxalına qoyulmuş qadağa aradan qaldırılıb.

Xəbər lenti

Xəbər lenti