...

"Kurort" SC-nin vergi borcu silinib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2006 17:14 (UTC +04:00)

Azərbaycan Nazirlər Kabinetinin sərəncamı ilə Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət komitəsi, Azərbaycanın Həmkarlar İttifaqı Konfederasiyası yanında "Kurort" SC və dövlət büdcəsi arasında qarşılıqlı hesablama aparılıb. Vergilər Nazirliyindən Trend ə verilən xəbərə görə, 31 avqust 2006-cı ilə olan məlumata əsasən Dövlət komitəsinin "Kurort" səhmdar cəmiyyətinə vergi borcu 380,539 min manat təşkil edib.

Bununla yanaşı "Kurort" SC-nin tibbi-sağlamlıq mərkəzlərinin həmin dövr ərzində dövlət büdcəsinə analoji həcmdə borcu yaranıb. Bu məbləğdən 336,454 min manat vergi üzrə əsas borc, 44,085 min manat - hesablanmış faiz qismində əmələ gəlib. Borcun məbləğinin eyni olduğunu nəzərə alaraq, dövlət orqanları qarşılıqlı hesablaşmaya dair qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti