...

Baş Dövlət Yol Polisi İdarəsinin keçirdiyi növbəti təhlükəsizlik aylığı başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2006 12:49 (UTC +04:00)

Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin "Diqqət! Uşaqlar!" devizi altında növbəti dəfə keçirdiyi hərəkətin təhlükəsizliyi aylığı başa çatıb. Bu barədə Trend ə BDYPİ-nin şöbə rəisi Ərəstun Məcidov məlumat verib.

Təhlükəsizlik aylığının keçirilməsi ölkədə nəqliyyat vasitələrinin sayının və hərəkət intensivliyinin artdığı bir vaxtda təhlükəsizliyin təmin edilməsi, yol nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə də uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi daşıyıb.

Aylıq çərçivəsində əsas diqqət məktəblilərə təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində tədris prosesinin effektivliyinin yüksəldilməsinə yönəlib.

Aylıq ərzində məktəbəqədər və ümumtəhsil müəssisələrində DYP əməkdaşları tərəfindən məqsədyönlü tədbirlər keçirilib, DİN BDYPİ tərəfindən hazırlanmış və kütləvi tirajla çap edilmiş "Piyada hərəkət iştirakçısıdır" adlı tədris vəsaiti, valideynlərə və uşaqlara aid plakatlar paylanıb.

Uşaq və yeniyetmələrlə bağlı yol nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları arasında intizamın möhkəmləndirilməsi sahəsində profilaktiki tədbirlərin gücləndirilməsi, ictimayətin diqqətinin bu vacib məsələyə yönəldilməsi məqsədilə belə təhlükəsizlik aylığının ildə ən azı iki dəfə keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti