...

Güclü külək nəticəsində Azərbaycanın quru yük gəmisi Türkiyə sahillərində lövbər salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2006 13:29 (UTC +04:00)

Güclü külək Azərbaycanın "Maestro Niyazi" quru yük gəmisini Türkiyənin Alanya limanında lövbər salmağa məcbur edib. Trend inTürkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, 5 min 700 ton taxılın yükləndiyi və 20 nəfərlik komandanın olduğu "Maestro Niyazi"sahilin 500 km-də lövbər salıb. Gəmi Cənubi Kiprin Limasol limanı istiqamətində hərəkət edirdi.

Bildirilir ki, Azərbaycanın quru yük gəmisi pis hava şəriti ilə əlaqədar Türkiyə sahillərində gözləməkdə davam edir. Dalğanın hündürlüyü 2,5 metrə çatır. Güclü külək noyabrın 3-dək davam edəcək. Qasırğa gözlənilir.

Azərbaycan Dövlət Xəzər Gəmiçilik İdarəsindən Trend ə verilən məlumata görə, hazırda gəmi reysə davam etmək üçün hava şəraitinin yaxşılaşmasını gözləyir. Hava yaxşılaşandan sonra "Maestro Niyazi" öz işini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti