...

Bakıda ərəb maliyyə institutlarının iştirakı ilə beynəlxalq investisiya konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2006 21:05 (UTC +04:00)

Noyarın 8-9-da Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və İslam inkişaf bankının təşkilati dəstəyi ilə Bakıda ərəb maliyyə institutlarının, ərəb ölkələrinin iş adamlarının iştirakı ilə beynəlxalq investisiya konfransı keçiriləcək. Trend İİN-nin məlumatına istinadən xəbər verir ki, bu cür tədbirin keçirilməsi beynəlxalq cəmiyyətdə Azərbaycana qarşı artan maraq və etimadın təsdiqidir.

Konfrans ölkənin investisiya imkanlarının təbliğatı ilə yanaşı yerli sahibkarların potensial investorlarla birbaşa əlaqələrin yaradılmasına yardım edir.

Konfransda İİB-nin üzv-ölkələrindən təxminən 150 iş adamının və Azərbaycandakı investisiya layihələrində tərəfdaş qismində iştirakda maraqlı olan şəxslərin iştirak edəcəyi gözlənilir. Onlar energetika, sənaye, maliyyə və bank sektoru, kənd təsərrüfatı, nəqliyyat, rabitə və informasiya texnologiyaları, turizm sahəsində ixtisaslaşırlar.

Konfrans çərçivəsində iştirakçılar həmçinin yerli istehsalçıların əmtəə və xidmət sərgisi ilə tanış olacaqlar. Tədbirdə həmçinin yerli sahibkarların investisiya layihələrinin təqdimatı gözlənilir və İİB üzv-ölkələrinin iş adamları ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri haqqında danışıqlar aparılacaq.

Konfransda iştirak etmək istəyən iş adamları Azərbaycan ixracın və investisiyaların təşviqi fonduna müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti