...

Azərbaycan şimal-cənub lahiyəsinin Azərbaycana aid hissəsini İrandan tez gerçəkləşdirib başa çatdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2006 18:25 (UTC +04:00)

Rusiya daha bir dəfə Azərbaycan, Rusiya və İran arasında şimal-cənub marşrutu ilə dəmiryol əlaqəsinin inkişafında maraqlı olduğunu təsdiqlədi. Nazirlər Kabinetindən Trend ə verilən məlumata görə, bu haqda Azərbaycanın baş naziri Artur Rəsizadəyə rusiyalı həmkarı Mixail Fredkov öz görüşündə bildirib. Onun sözlərinə görə, Rusiyanın nəqliyyat işçiləri bu yaxınlarda İranda olublar. Mixail Fredkov etiraf edib ki, Azərbaycan bu rüb üçün qrafiki qabaqlayıb və tikinti işləri hətta İran tərəfdən də əvvəl başa çatacaq.

Trendin xəbər verdiyinə görə, lahiyənin dəyəri ilə bağlı araşdırmalar aparılacaq və yalnız bundan sonra lahiyənin gerçəkləşməsi davam edəcək. Rusiya tərəfinin sözlərinə görə lahiyənin İran ərazisində gerçəkləşməsi (təxminən 300 km. uzunluğunda dəmiryolu xəttinin tikilməsi) çox yüksək qiymətləndirilib. Lahiyənin dəyəri barədə sonuncu qiymət ekspertizanın bitməsindən sonra məlum olacaq. Bu, çox əhəmiyyətlidir. Azərbaycan, Rusiya və İran lahiyənin gerçəkləşməsinə kreditlər cəlb edə bilən beynəlxalq konsorsium yaradıblar. Kreditlər daşınmaya qoyulmuş tariflərə əsasən qaytarılacaq. Buna görə də lahiyənin qiyməti onun maliyyə balansı üçün əhəmiyyətlidir.

"Şimal-cənub" nəqliyat dəhlizi lahiyəsi Avropadan Rusiya, Azərbaycan və İrandan keçməklə Hindistan və Cənub- şərqi Asiya ölkələrinə dəmiryolu nəqliyyatı yaradılmasını nəzərdə tutur. Lahiyənin gerçəkləşməsi üçün 400 miyon dollardan artıq maliyyə tələb olunur ki, işin çoxunu Azərbaycanla arasında dəmiryolu nəqliyyatı olmayan İranda görmək lazımdır. İşin 20mln. dollara başa gələn qismi isə Azərbaycanda aparılmalıdır.

Azərbaycan yolun Astara stansiyasına qədər 7,5 kmə yaxın hissəsini çəkməli, əvəzləyici buxar çarxları sistemi ilə işləyən stansiyalar, sərhəd və gömrük infrastrukturları tikməlidir. Həmçinin sərhəd dəmiryolu körpüsü də tikilməlidir. Qeyd edək ki, lahiyənin gerçəkləşməsi İranla bərabər əsaslarla baş tutacaq.

Xəbər lenti

Xəbər lenti