...

Azərbaycanda "quş qripi"nin qarşısının alınması üzrə növbəti monitorinq başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2006 16:36 (UTC +04:00)

Bu gün Azərbaycanda "quş qripi"nin qarşısının alınması üzrə növbəti monitorinq başlayıb. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend ə verilən məlumata görə, monitorinq dekabrın 17-dək davam edəcək.

Monitorinq Ekologiya və Təbii Sərvətlər, Səhiyyə Nazirliklərinin, Zoologiya İnstitutu, Ovçular cəmiyyəti mütəxəssislərinin xüsusi komissiyası tərəfindən keçirilir. O, milli parkların ərazisini, Xəzərin sahil zolağını əhatə edəcək.

Əvvəl köçəri quşların köçüb gəlməsi ilə bağlı ayda iki dəfə monitorinqlərin keçirilməsi haqqında qərar qəbul olundu.

Əvvəlki monitorinqlər Azərbaycan ərazisində hər hansı xəstəliyin olması əlamətlərini və ya bunun nəticəsində quşların ölüm halının olduğunu göstərməyib.

Virusun ölkəyə daxil olmasının qarşısını almaq üçün ölkənin bütün baytar sərhəd məntəqələri gücləndirilmiş rejimdə işləyirlər, ölkədə vəhşi quşların ovu, satışı və istifadəsi və virusa yoluxma hallarının qeydə alındığı ölkələrdən bura quşçuluq məhsullarının gətirilməsinə qoyulan qadağa qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti