...

Azərbaycan Milli Bankı 2006-cı ilin noyabr ayında baza inflyasiyası barədə elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2006 14:35 (UTC +04:00)

Azərbaycan Milli Bankının məlumatlarına əsasən, 2006-cı ilin sentyabr ayında baza inflyasiyası keçən ilin analoji ayı lə müqayisədə 8,3 faiz artıb.

AMB-dən Trend ə bildiriblər ki, noyabrda istehlak qiymətlərinin indeksi oktyabra görə 0,7 faiz, ilin əvvəlinə görə isə 7,5 faiz artıb. Bu hesablamalar birinci metodologiya üzrə aparılıb, bu zaman inzibati tənzimlənən qiymətlərdəki (elektrik daşıyıcılarının qiymətləri) və mövsüm xarakterli qiymətlərdəki (meyə-tərəvəz) enib-qalxmalar çıxardılır.

Hesablamanın ikinci metodologiyası üzrə (bu zaman tənzimləmənin mərkəzləşdirilmiş prinsipindən istifadə edilir) noyabrda baza inflyasiyası 2005-ci ilin noyabr ayı ilə müqayisədə 5,5 faiz təşkil edib. İlin əvvəlinə nisbətən artım 5 faiz, noyabr ayı üçünsə 0,7 faiz təşkil edib. Bu göstəricinin hesablanması zamanı Milli Bank inzibati qiymətlər və mövsümü qiymətlər tətbiq edilən mal və xidmətləri zənbildən təxminən 16 faiz təmizləyir.

Xəbər lenti

Xəbər lenti