...

Aksiz markaların hazırlanması üçün Azərbaycanın Maliyyə Nazirliyi "Carsu Pasarlins" ilə kontrakt bağlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2006 16:35 (UTC +04:00)

Tütün və spirtli məhsullar üçün aksiz markaların hazırlanması məqsədilə Azərbaycanın Maliyyə Nazirliyi Litvanın "Carsu Pasarlins" şirkəti ilə kontrakt bağlayıb. MN-dən Trend ə bildiriblər ki, bu şirkət dekabrın 19-da keçirilən tenderin qalibi olub.

Şirkətin vəzifəsi ölkədə istehsal edilən pivə üçün 50 mln., istehsal edilən və idxal edilən spirtli içkilər üçün 15 mln., eləcə də tütün məhsulu üçün 500 mln. aksiz markası hazırlamaqdan ibarətdir. Kontraktın dəyəri 1517500 avro təşkil edir və sifariş 60 gün ərzində yerinə yetirilməlidir.

Tenderdə ikinci yeri "Giescke & Devirient" alman şirkəti tutub, bu şirkət sifarişi 1590200 avroya və 8 həftədən-12 həftəyə qədər yerinə yetirməyi öhdəsinə götürüb.

Ümumilikdə tenderdə 2 şirkət iştirak edib (üçüncü Estoniyanın "Iaba Maa" şirkəti olub).

Xəbər lenti

Xəbər lenti