...

Azərbaycan Milli Bankında ƏDV hesabı tətbiqinin məqsədəuyğunluğu barədə müzakirələr keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2007 15:28 (UTC +04:00)

Bu gün Azərbaycanın Milli Bankında ƏDV hesabı qəbulunun məqsədəuyğunluğunun müzakirəsi üzrə komissiyanın iclası keçiriləcək. Bu barədə Trend xəbər verir. Vergilər Nazirliyinin vergis siyasəti və strateji tədqiqatlar baş idarəsinin rəisi Akif Musayevin məlumatına görə, Prezidentin 2007-ci ilin naloq kodeksinə əlavə və dəyişikliklərin təsdiqi barədə göstərişində vergilər nazirliyinə iki ay ərzində bu verginin inzibati sisteminin təkmilləşdirilməsi üçün ƏDV hesabı tətbiqi təklifini hazırlamaq barədə göstəriş verilib.

Bu s isitemi hələ 2007-ci ilin əvvəllərindən tətbiq etmək planlaşdırılıb, lakin parlamentdə müzakirələrlə onun bu sistemin tam işlənməsindən sonra tətbiq olunması məqsədəuyğun sayılaraq, bu bənd vergi kodeksindən çıxarılıb.

Burada vergi ödəyənlərin dövriyyə vəsaiti bank sistemi fəaliyyət göstərdiyindən hər şeydən əvvəl texniki məqamları işləmək məqsədəuyğun hesab olunur.

ƏDV-hesabı sistemi ƏDN-in dövlət büdcəsinə yığılmasını və vergi vəsaitlərinin ƏDV ödəyicilərinin ayrıca cari bank hesabı vasitəsilə dövriyyəsini təmin edir.

Trend in Vergilər naziri Fazil Məmmədova istinadən artıq verdiyi xəbərə görə, o, hətta 2007-ci ilin ortalarında tətbiq olunacağı istisna olunmur, belə ki, təklif hələ üç il əvvəl irəli sürülüb.

ƏDV-hesabı sisteminin qəbul olunması ƏDV üzrə dövlət büdcəsinə daxil olmaların 30-50% artmasına imkan verəcək. Azərbaycanda ƏDV qoyuluşu 18%-ə bərabərdir.

2001-2005-ci illərdə vergi ödəyiciləçri tərəfindən saxta hesab-fakturalarının götürülməsi yolu ilə ƏDV dövriyyə üzrə vergi qoymalarından 3,4 mlrd manat gizlədilib. Bununla belə bu dövr ərzində Azərbaycanın dövlət büdcəsinə ƏDV-dən 626,4 mln manat ölçüsündə gəlirlər daxil olmayıb.

2007-ci ildə dövlət büdcəsinə vergilər nazirliyinin xətti ilə ƏDV üzrə daxil olmalar 580 mln. manat səviyyəsində proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti