...

Naxçıvan-Bakı-Naxçıvan istiqamətdə aviareyslərin uçuşunda fasilə yaranıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2007 11:10 (UTC +04:00)

Naxçıvan-Bakı-Naxçıvan aviareyslərinin uçuşunda fasilə yaranıb. Trend in Naxçıvan Bürosunun məluatına görə, buna səbəb Naxçıvanda mövcud olan dumanlı hava şəraitidir.

Naxçıvan Beynəlxalq Hava Limanından da faktı təsdiq edərək bildiriblər ki, Bakıdan Naxçıvana gələn ilk reysin qəbulu baş tutmayıb. Reyslərin bərpasının hava şəraitindən asılı olacağı bildirilir.

Qeyd edək ki, son günlərdə bu hal bir neçə dəfə təkrarlansa da günorta saatlarından etibarən aviareyslərin uçuşu normal şəkildə davam edib.

Xəbər lenti

Xəbər lenti