Konfederasiyanın bazar ertəsi yaydığı məlumata istinadən Trend xəbər verir ki, fevralın13-dən 16-na qədər 30 Azərbaycan sahibkarından ibarət qrup İranın azad biznes zonası Kişdə keçiriləcək ikinci beynəlxalq sənaye-ticarət sərgisində iştirak edəcək.
Səgidə dünyanın 47 ölkəsindən istehsal və ixracatla məşğul olan nümayəndə iştirak edəcək.
Sərgi çərçivəsində həmçinin biznesmenlər arasında ikitərəfli görüşlər keçirilməsi də planlaşdırılır.