...

Bakıda "Çelyabinsk tikinti-yol maşınları" QSC –nin istehsalı olan malyükləyən maşının təqdimatı olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2007 16:45 (UTC +04:00)

Bakıda martın 14-dən 17-ə keçiriləcək "Auto Show Azerbaijan 2007" beynəlxalq avtomobil sərgisində "Çelyabinsk tikinti-yol maşınları" QSC -nin istehsalı olan V-160 yubiley malyükləyən maşının təqdimatı olacaq. Bu barədə Trend şirkətin məlumatına istinadən xəbər verir.

Bu malyükləyən maşın fevralın 19-da buraxılıb. Məlumatda qeyd olunub ki, bu, etibarlı universal maşının təknəsinin həcmi 3,4 m3, yük qaldırma qabiliyyəti - 6,2 tondur, ekskavator, özüboşaldan maşın və buldozer kimi işləməyə qadirdir. V-160 malyükləyən maşın Kuzbasda kömürçıxarma müəssisələrində və Çelyabinsk vilayətində yolların tikintisində istifadə olunur və MDB ölkələrində geniş tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti