...

AGLeasing nizamnamə və fond kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2007 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Ü.İsmayılova/ AGLeasing lizinq şirkəti nizamnamə kapitalını 9 mln-dan 10 mln, fond kapitalını isə 2 mln. manatadək artıracaq. Bu məlumatı cümə günü şirkətin baş direktoru Azər Məmmmədov verib.

Onun sözlərinə görə, fond kapitalının artırılması barədə qərar aprel ayında səhmdarlarla keçiriləcək görüşdə qəbul edilməlidir.

Hazırda şirkət 2005-2006-cı illəri əhatə edən daxili audit keçirir. Auditdən sonra şirkət xarici irvestorlarla 2 istiqamətdə müqavilə bağlayacaq: kredit xəttinin ayrılması və xarici kapitalın şirkətin kapitalına tətbiq edilməsi. AGLeasing şirkəti 2005-ci ildə yarananda onun nizamnamə kapitalı 600 min manat olub.

Xəbər lenti

Xəbər lenti