...

Azərbaycanın Ağcabədi rayonunda pambıq əkini bir ay gecikib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2007 17:55 (UTC +04:00)

Azərbaycan, Bərdə/müxbir Trend Ş.Cəliloğlu/Azərbaycanın Ağcabədi rayonunda pambıq əkininin vaxtı bir ay gecikdirilib. Fermerlərlə bağlanan müqaviləyə əsasən, 2350 ha sahəyə pambıq əkilməli idisə, bunun yalnız 600 hektarı səpilib.

Çərşənbə axşamı "Ağcabədi pambıq" ASC-nin rəhbəri Ağahüseyn Qədirovun verdiyi məlumata görə, buna səbəb son günlər havaların yağışlı keçməsidir.

Gecikmə pambığın məhsuldarılğının səviyyəsinə də təsir edəcək. Lakin fermerlərdən alınan məhsulun qiymətinə təsir etməyəcək. Qədirovun sözlərinə görə, pambıq yetişdirilməsində artezian və Qarabağ kanalının suyundan istifadə edilsə də, elektrik nasosları ilə suvarılan torpaqlar 40% təşkil etdiyi üçün bir sıra problemlər yaradır.

Prezident İlham Əliyevin yanacağın qiymətinin artırılması ilə əlaqədar fermerlərə ayrılan 50% güzəştli subsidiyaların təyinatlı ödənilməsi pambıqçılığın inkişafına təsir edir. Ağcabədi rayon İcra Hakimiyyətindən verilən məlumata görə, artıq fermerlərə ayrılan subsidiyaların ödənilməsi üçün xüsusi komissiyalar yaradılıb. Yerlərə baxış keçirildikdən sonra iyun ayında fermerlərə göstərilən güzəştlər təyin olunacaq.

Xəbər lenti

Xəbər lenti