...

Müəssisə rəhbəri: "Gəncə avtomobil zavodu Gürcüstanda traktor satacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2007 16:39 (UTC +04:00)
Müəssisə rəhbəri: "Gəncə avtomobil zavodu Gürcüstanda traktor satacaq"

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Gəncə avtomobil zavodu Gürcüstandakı rəsmi nümayəndəliyi vasitəsilə öz məhsullarının satışını həyata keçirmək niyyətindədir. Bunu çərşənbə günü Gəncə avtomobil zavodunun direktoru Xanlar Fətiyev bildirib.

Gürcüstanda xüsusilə Gəncə avtomobil zavodunda yığılan "Minsk" traktorlarının satışına başlamaq planlaşdırılır.

Zavod artıq "Agrolizing" ASC ilə 382 traktorun tədarük olunması barədə müqavilə bağlayıb. Bütün traktorlar 2007-ci il ərzində tədarük olunacaq. Azərbaycanda "Minsk traktor zavodu"nun bütün növ yük avtomobillərinin və traktorlarının yığılması və satışı barədə müqavilə 2006-cı ilin noyabr ayında Minskdə (Belarus) imzalanıb.

Yığım zavodun 15 min kvadratmetr ərazisində həyata keçirilir. Traktor zavodu 500-ə qədər, avtomobil zavodu isə 400-ə qədər modifikasiyalı məhsul buraxır. Gəncə avtomobil zavodu Azərbaycanda il ərzində 1000 yük maşını və 1200-1500 traktor yığmaq gücündədir.

Xəbər lenti

Xəbər lenti