...

Azərbaycan parlament "Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında" qanun qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2007 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında" qanun layihəsi qəbul edilib.

Parlamentin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib ki, sənəd qüvvəyə mindikdən sonra Azərbaycan ərazisində auditor xidməti ilə məşğul olan fiziki və hüquqi şəxslərin auditin subyekti qarşısında mülki hüquq məsuliyyətinin icbari sığortası sahəsində münasibətləri tənzimləməklə yanaşı  bu sahədəki hüquqi, iqtisadi və təşkilati əsasları da  müəyyənləşdirəcək.

Qanun layihəsində auditorun mülki hüquq məsuliyyətinə və həmin məsuliyyətdən azad edilməsinə, sığorta məbləği və ödənişinə, sığorta haqqının müəyyənləşdirilməsinə, bu məbləğin alınması üçün müraciət qaydalarına, sığorta riskinin bölüşdürülməsinə dair maddələr əks olunub.

Xəbər lenti

Xəbər lenti