...

Azərbaycanın vergilər naziri ƏDV-hesablar sisteminin tətbiqinə başlama müddətini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2007 18:56 (UTC +04:00)
Azərbaycanın vergilər naziri ƏDV-hesablar sisteminin tətbiqinə başlama müddətini elan edib

Azərbaycan, Bakı/müxbir Trend Ü.İsmayılova/ƏDV-hesabların tətbiqi sistemi 2008-ci ildən etibarən tətbiq olunacaq. Bu barədə Azərbaycanın vergilər naziri Fazil Məmmədov bildirib.

ƏDV-hesablarının tətbiqi barədə təklif ƏDV administrasiyası sisteminin təkmilləşdirilməsi məqsədilə 3 il bundan əvvəl irəli sürüb.

"Bu sistemin yekun olaraq hazırlanmasına texniki anların çox olması səbəbinə görə vaxt lazımdır. Belə ki, bura bank sistemi, vergi ödəyicilərinin dövriyyə vəsaitləri cəlb olunacaq", deyə nazir qeyd edib.

ƏDV-hesab sisteminin tətbiqi ƏDV üzrə Dövlət Büdcəsinə daxilolmaları 30-50 faiz artırmağa imkan verəcək. Hazırda Azərbaycanda ƏDV faizi 18 faiz təşkil edir.

Nazir qeyd edib ki, hazırda həmçinin alternativ variant - çek variantı hazırlanır. "Yaxın iki-üç ay ərzində layihə təsdiq üçün parlamentə təqdim olunacaq. ƏDV-hesablar 2008-ci ildən etibarən istifadə olunacaq", deyə o bildirib.

2001-2005-ci illərdə həqiqi hesab fakturaların tətbiqi yolu vergi ödəyiciləri tərəfindən ƏDV dövriyyəsi üzrə vergi vermədən 3,4 mlrd. manat səviyyəyədək ixtisar olunub. Bu dövr ərzində Azərbaycan Dövlət Büdcəsində ƏDV-dən 626,4 mln. manat səviyyədə əskik olub. 2007-ci ildə ƏDV üzrə Vergilər Nazirliyi xətti ilə Dövlət Büdcəsinə daxilolmalar 580 mln. manat səviyyədə proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti