...

Dövlət Baytarlıq Xidməti: "Azərbaycan Böyük Britaniyada virusun aşkarlanması ilə bağlı "quş qripi"nin yayılması barədə narahat olmamalıdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2007 14:18 (UTC +04:00)
Dövlət Baytarlıq Xidməti: "Azərbaycan Böyük Britaniyada virusun aşkarlanması ilə bağlı "quş qripi"nin yayılması barədə narahat olmamalıdır"

Azərbaycan, Bakı /müxbir Trend S.Babayeva/Azərbaycan bu yaxınlarda Böyük Britaniyada virusun aşkarlanması ilə bağlı "quş qripi"nin yayılması barədə narahat olmamalıdır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Onun sözlərinə görə, Böyük Britaniyadan Azərbaycana quş məhsulları idxal olunmur, buna görə də virusun yayılması ilə bağlı heç bir təhlükə yoxdur.

Azərbaycana quş məhsulları əsasən Türkiyə, Rusiya, qismən Kanada və Braziliyadan gətirilir.

Dövlət xidməti nümayəndəsinin sözlərinə görə, bu gün quş və quş məhsullarının gətirilməsinə qadağa yalnız ABŞ-a münasibətdə qüvvədə qalır.

"Azərbaycanda "quş qripi" ilə bağlı vəziyyət sabitdir" - deyə Xanvəli bildirib. Onun sözlərinə görə, buna baxmayaraq Azərbaycana virusun daxil olmasının qarşısının alınması üçün ölkənin bütün baytarlıq sərhəd məntəqələri gücləndirilmiş rejimdə işləyir, Azərbaycan ərazisində vəhşi quşların ovu, satışı və istifadəsinə qoyulan qadağa qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti