...

Ekspet: Azərbaycanın neft sektorunda risklərin ödənilməsi xırda xidmət risklərinin sığortalanmasına mane olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2007 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ "GORQUD SIGORTA" sığorta şirkətinin baş direktoru Rəşad Əhmədov bildirib ki, Azərbaycan sığorta bazarı ən yüksək gəlirlərini neft sektorunun risklərinin sığortalanmasından əldə edir. Onun sözlərinə görə, yerli şirkətlər belə böyük riskləri əhatə etmək iqtidarında deyil və bu səbəbdən də faizlər almaqla onları dünya bazarı şirkətlərində sığortalayırlar.

O qeyd edib ki, risk sığortasının bu sahəsi kifayət qədər inkişaf edib, lakin bu, əsasən nəqliyyat vasitələri sahiblərinin məcburi sığortası hesabına baş verən xırda xidmətlərin sığortasını kölgədə qoyur.

Bu haqda həmçinin "SK VİTAL-Polis" MMC-nin avtomobil sığortası qrupunun rəhbəri Eldar Abdullayev fikir bildirib. Onun sözlərinə görə, Azərbaycanın sığorta bazarının xırda xidmətlərin inkişafına ehtiyacı var. Neft -qaz sektorunun sürətli inkişafı ilə əlaqədar olaraq Azərbaycan sığortaçıları tərəfindən toplanan sığorta pulunun əksər hissəsi nəhəng korporasiya və sənaye, tikinti-mantaj rikləri və onların məsuliyyətinin sığortasınıdan əldə edilir. "GORQUD SIGORTA"nın nizamnamə kapitalı 750 min manat təşkil edir, lakin sığorta şirkətlərinin kapitallaşması və "Sığorta haqqında yeni qanun"un qəbul olunması ilə əlaqədar olaraq şirkət onu 2008-ci ilin yanvar ayından 2 mln. dollara çatdırmağı planlaşdırır.

"VİTAL-Polis" sığorta şirkəti 2001-ci ildə təsis edilib.

Xəbər lenti

Xəbər lenti