...

Azərbaycan prezidenti Sumqayıt alüminium zavodunun korpuslarının açılışında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2007 12:47 (UTC +04:00)
Azərbaycan prezidenti Sumqayıt alüminium zavodunun korpuslarının açılışında iştirak edib

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Sumqayıtda alüminum zavodunun yenicə istifadəyə verilmiş iki korpusunun açılışında iştirak edib. Bu korpusların istifadəyə verilməsi Sumqayıtda illik istehsalın həcmini 60 min tonadək artırmağa imkan verəcək.

Ən yüksək istehsal göstəricisi Sumqayıtda 2006-cı ildə qeydə alınıb. Bu zaman müvafiq göstərici 30,2 min tona bərabər olub.

Alüminium zavodu "Azəralüminium" SC-yə məxsusdur. Əməkdaşlarının ştatı 4 mindən çoxdur. Sumqayıtdakı zavodun yeni korpuslarında 600 nəfər çalışacaq. Artıq 540 nəfər işə götürülüb.

Əməkdaşların orta aylıq məvacibi 300 manat (təxminən $350) təşkil edir. 2006-cı ildə daxili investisiyalar hesabına SC-yə 62 mln. manat yatırılıb.

Xəbər lenti

Xəbər lenti