...

Azərbaycanın Sənaye-Ticarət Palatasının vitse-prezidenti MDB STP rəhbərləri şurasının iclasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2007 15:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Azərbaycanın Sənaye-Ticarət Palatasının vitse-prezidenti Adil Hüseynov Tbilisidə keçiriləcək MDB Sənaye-Ticarət Palataları (STP) rəhbərləri şurasının iclasında iştirak edəcək.

Gürcüstanın Sənaye-Ticarət Palatasından verilən məlumata görə, toplantı iyunun 15-də "Tbilisi Mariott" otelində keçiriləcək. Şura üzvləri ixrac üçün məhsul buraxan kiçik və orta müəssisələrin dəstəklənməsi məsələsini müzakirə edəcəklər.

Şuranın iclasında iştirak etmək üçün Tbilisiyə Rusiya, Ukrayna, Qırğızıstan, Belarus, Moldova, Tacikistan, Qazaxıstan, Ermənistan və Özbəkistan sənaye-ticarət palatalarının rəhbərləri təşrif buyuracaq.

Şurada şərabçılıq, habelə MDB üzvlərinin beynəlxalq kommersiya arbitraj sahəsindəki əməkdaşlıq kimi məsələləri müzakirə ediləcək. Bir sıra sazişlərin imzalanması gözlənilir.

Şura həmçinin yeni sədri seçmək niyyətindədir. Hazırda quruma Gürcüstanın Sənaye-Ticarət Palatasının prezidenti Cemal İnaişvili rəhbərlik edir. O, bu posta 2006-cı ildə Minskdə seçilib.

Şuranın toplantısından sonra iclas iştirakçılarının Gürcüstanın baş naziri Zurab Noqaideli ilə görüşü nəzərdə tutulur. Qonaqlar həmçinin "Saracişvili və Eniseli" konyak zavoduna baş çəkəcəklər.

Xəbər lenti

Xəbər lenti