...

Azərbaycanda yüksək gəlirlər Avropa Birliyinin yardımının azalmasına gətirib çıxarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2007 16:37 (UTC +04:00)
Azərbaycanda yüksək gəlirlər Avropa Birliyinin yardımının azalmasına gətirib çıxarır

Azərbaycan, Baku /müx. Trend S.İlhamqızı/ Azərbaycanda adambaşına düşən yüksək gəlir ona gətirib çıxarır ki, Avropa Birliyi Gürcüstan və Ermənistanla müqayisədə ölkəyə daha az vəsait ayırır. Bunu çərşənbə günü Bakıda "Azərbaycan və Avropa qonşuluq siyasəti" mövzusunda konfransda Avropa Komissiyasının Azərbaycandakı xüsusi nümayəndəsi Alan Vaddams deyib.

Avropa Birliyi Azərbaycana ildə 92 mln. avro ayırır.

Vaddams qeyd edib ki, ayrılan vəsaitlərin həcmi bu ölkələrdə adambaşına düşən gəlir əsasında müəyyənləşdirilir və bu məsələdə ayrı-seçkilik yoxdur.

"Hesab edirəm ki, 92 mln. avro Azərbaycanın ehtiyaclarını ödəyir" - deyə Vaddams əlavə edib.

Xəbər lenti

Xəbər lenti