...

Azərbaycanın Milli Bankı VTB-nin Azərbaycan banklarından birinin kapitalına daxil olması ilə bağlı ərizəni nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2007 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / İTAR-TASS-ın verdiyi məlumata görə, VTB-nin rəhbəri jurnalistlərə bildirib ki, Azərbaycanın Milli Bankı VTB-nin ölkədəki banklardan birinin kapitalına daxil olması ilə bağlı ərizəni nəzərdən keçirir. Kostin kapitalına daxil olunucaq bankın adını açıqlamayıb, lakin qeyd edib ki, bu bank Azərbaycanın on nəhəng bankının sırasına daxildir.

VTB-nin rəhbəri həmçinin qeyd edib ki, Qazaxıstanda bankların alınması ilə bağlı danıışıq aparılır, lakin istisna etmir ki, bank orada "sıfırdan" başlayaraq yaradılacaq. VTB həmçinin Özbəkistan və Qırğızıstanda bankların alınması ilə bağlı danışıqlar aparır. Kostin qeyd edib ki, 2008-ci ilin ortalarına qədər VTB MDB-nin müxtəlif yerlərində banklar açmaq niyyətindədir, PRAYM-TASS-ın verdiyi məlumatda belə deyilir.

Xəbər lenti

Xəbər lenti