Azərbaycan, Bakı/ Trend müxbir E.Xankişiyeva/ Məlumdur ki, gələn il üçün makroiqtisadi göstəricilərin proqnozlarında iqtisadi stabilliyi sarsıtmamaq üçün və əhalinin pul gəlirlərinin bütövlüyünü saxlamaq üçün inflyasiya 10 faizə qədər proqnozlaşdırılır.
Lakin nəzərə alınsa ki, Azərbaycanda inflyasiyanın artımı üçün bütün şərtlər var, onun səviyyəsini birmənalı şəkildə qorumaq heç də sadə deyil. Dövlət Statistika Komitəsinin məlumatlarına görə 2007-ci ilin birinci yarısında ölkədə inflyasiya 15,9 faiz təşkil edib.
Bu gün Azərbaycanda dövriyyədə olan pul kütləsinin həcmi artır, lakin məhsul və xidmətlərin artması pulun artım tempindən geri qalır ki, bu da bazarda istehlak qiymətlərinin artmasına səbəb olur. İnflyasiya Azərbaycanda əhalinin gəlirlərində 38 faiz, əmək haqlarında 26 faiz (2007-ci ilin birinci yarısında) baş verib. İnkişaf etmiş ölkələrdə gəlirlərin 3-5 faiz artmasında inflyasiyanın artımı 1-2 faiz müşahidə olunur. Azərbaycanda isə keçid iqtisadiyyatlı ölkələrdəki kimi əmək haqları və əhalinin gəlirləri böyük templərlə artır. Bu cür vəziyyətdə tələb və təklif mexanizmində tələb üstün olur.
Azərbaycanda həmçinin məxaric inflyasiyasının artımı da müşahidə olunur ki, məsrəflər hətta bəzən əsassız olaraq artır. Hətta istehlak qiymətlərinin hesablanması üçün istehlak zənbilinə daxil olmayan sement məhsulunun dəyərinin artması da digər istehlak bazarları üzrə mənfi xəbərdarlıq üçün kifayətdir.
Dünya bazarlarında neftin qiymətinin artması bir tərəfdən ixrac potensialının, ölkənin valyuta ehtiyyatlarının artmasına səbəb olur, digər tərəfdən bu neft alan ölkələrdə inflyasiya yaradır. Əgər bizim idxalımızın tərkibinə baxsaq əhəmiyyətli dərəcədə bahalaşma görünür ki, bu da neft istehlakçısı olan ölkələrin təbii reaksiyasıdır.
Dövlət büdcəsi xərclərinin 70-80 faiz artması da həmçinin Azərbaycanda inflyasiyanın səbəbidir.
Beynəlxalq Valyuta Fondu və sair beynəlxalq təşkilatlar hökumətin xərclərin artırılmasındakı fəallığı 10 faizlik göstəricini ötən inflyasiyaya səbəb olur.
Birinci yarımildə inflyasiya dinamikasının təhlili onu söyləməyə əsas verir ki, qeyri monetar amillər hələ də qiymətlərin artım tempinin yüksəlməsinə təsir edir. Belə ki, ilin əvvəlində yanacaq, elektrik enerjisi, nəqliyyatın qiymətlərinin artması inflyasiya burulğanına səbəb oldu. Gözlənilən mövsümi təsirlər, məsələn yayda kənd təsərrüfatı məhsullarının ucuzlaşması özünü doğrultmayıb. Bu faktın mühüm səbəblərindən biri kimi, əlverişsiz hava şəraitini göstərmək olar.
Burdan belə nəticə çıxır ki, inflyasiyanın hesablanması metodikası təkmilləşdirilməlidir, inflyasiyanın səviyyəsinə və istehlak zənbilinə təsir edən malları daha dəqiq müəyyən etmək lazımdır. 4-6 faiz səviyyəsində inflyasiya iqtisadiyyatı, investisiyaların axınını stimullaşdırır, amma 16 faiz həcmində inflyasiya ölkənin iqtisadi stabilliyi üçün təhlükə törədə bilər.