Azərbaycan, Bakı/ Trend / Beynəlxalq sərgilər təşkilatçısı Iteca Caspian növbəti payız sərgi mövsümündə üç yeni layihə təqdim edəcək. Şirkətin məlumatında göstərilib ki, mövsümü sentyabrın 19-21-də Gəncə Olimpiya kompleksində keçiriləcək "Gəncə İnfrastrukturu" sərgisi açacaq.
Növbəti layihə "Təhsil və karyera" sərgisi olacaq. Bu tədbir 27-29 sentyabrda Avropa otelində keçiriləcək.
Oktyabrın 2-də hər il keçirilən Azərbaycan Beynəlxalq Tikinti Sərgisi "Bakubuild" işə başlayacaq. Bu sərgidə dünyanın 20-dən çox ölkəsindən təqribən 250 şirkət iştirak edəcək. Sərgi Heydər Əliyev adına İdman Konser Kompleksində keçiriləcək
2-5 oktyabrda Azərbaycan ikinci Daşınmaz Əmlak sərgisi AzRealty, Azərbaycan üçüncü məişət texnikası və elektrotexnika sərgisi SEM 2007 və beşinci Xəzər beynəlxalq mebel sərgisi keçiriləcək.
6-9 noyabrda BİHE sərgisi keçiriləcək.
Mövsümü İKT sahəsində ən iri sərgilərdən olan BakuTel 2007 bağlayacaq. Sərgi 21-24 noyabrda dünyanın 30 ölkəsindən təqribən 150 şirkətin iştirakı ilə keçiriləcək.