Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Noyabrın ortalarında Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın toplantısı baş tutacaq. Bu barədə cümə günü jurnalistlərə Azərbaycan prezidenti İlham Əliyev və baş nazirin müavini Yaqub Eyyubovla görüşündən sonra Rusiya baş nazirinin müavini Sergey Narışkin bildirib.
Yaqub Eyyubovla əldə olunan razılığa əsasən, biz bütün problemləri müzakirə etmək və hökumtələrarası komissiya çərçivəsində yaradılan işçi qruplarına ciddi nəzarət etmək qərarına gəldik",-deyə o söyləyib. Narışkinin sözlərinə görə, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üçün böyük potensial mövcuddur. Narışkin Azərbaycanın Rusiyadan qaz almasını dayandırmasına baxmayaraq, birinci yarımildə əmtəə dövriyyəsinin artmasını razılıqla qeyd edib.
"Əmtəə dövriyyəsinin həcmi azalmayıb. Azərbaycandan Rusiyaya maşın və avadanlıq, Rusiyadan Azərbaycana isə yol texnikası idxalı artır",-deyə o söyləyib.
Onun bu sözləri Azərbaycan müəssisələrinin fəaliyyətlərinin fəal şəkildə yeniləməsi və istehsal gücünün artırmasını söyləməyə imkan verir.
"Yalnız dövlət yox, həmçinin özəl xariici investisiyaların artması ölkədəki əlverişli investisya mühitindən xəbər verir",-deyə o söyləyib.Görüşlər zamanı əmək miqrasiyası ilə bağlı məsələyə də toxunulub. "Rusiyanın miqrasiya siyasətində hansı məqsəd daşıdığını Azərbaycanda anlayıblar. Biz əmək miqrasiyasını qaydaya salmaq istəyirdik", - deyə o söyləyib.
"Bizim hökumətimiz ticari-iqtisadi əməkdaşlığın, qarşılıqlı sərmayə qoyuluşunun artırılmasında maraqlıdır. Lakin bir sıra inzibati əngəllər var ki, biz də bunların aradan qaldırılmasını təklif edirik",-deyə Narışkin bildirib.